Parlamentin payız sessiyası: İlk plenar iclas bu tarixdə olacaq

150

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı bəlli olub.

İlk iclas oktyabrın 2-də keçiriləcək.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatların tətil müddəti avqustun 30-da başa çatır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar.

Parlamentin payız sessiyası isə sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

Ancaq bu il sentyabrın 30-u və oktyabrın 1-i qeyri-iş gününə düşdüyünə görə, iclas növbəti iş gününə (oktyabrın 2-nə) təsadüf edəcək.