UEFA reytinqi: “Qarabağ” xalımızı artırdı, Slovakiya Azərbaycandan uzaqlaşdı

149

Avrokuboklarda pley-off mərhələsinin ilk oyunlarından sonra UEFA ölkələrin yeni reytinq cədvəlini açıqlayıb.

Azərbaycanın xalı artıb. “Qarabağ” Avropa Liqasında Sloveniyada “Olimpiya”ya qalib gəlməklə (0:2) ölkənin aktivinə 0,250 xal əlavə edib. Bununla Azərbaycanın mövsümlük “qazancı” 2,500-ə, ümumi xalı 16,750-yə çatıb.

“Qazanc” irəliləmək üçün kifayət etməyib. Azərbaycan siyahıda, əvvəlki kimi, 29-cudur. Əvəzində, 28-ci Slovakiya fərqi artırıb. Trnava “Spartak”ının “Dnipro-1” (Ukrayna) ilə heç-heçəsi, “Slovan”ın “Aris” (Kipr) üzərindəki qələbəsi bu ölkənin hesabına 0,375 xal əlavə edilməsi ilə nəticələnib. Beləliklə, slovakların xalı 17,125-ə çatıb.
Reytinq cədvəlinə əvvəlki kimi İngiltərə başçılıq edir. İspaniya ikinci, İtaliya üçüncüdür.