«Qarabağ» klubu UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.
Azərbaycan çempionu pley-off mərhələsinin ilk matçında Sloveniyanın «Olimpiya» klubunun qonağı olacaq.
“Stoyitse” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Görüşü bolqarıstanlı FİFA referisi Georgi Kabakov idarə edəcək.
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.