Plastik əməliyyata qarşı çıxan Elnarə yenidən bıçaq altına yatdı

167

Əməkdar artist Elnarə Abdullayeva yenidən plastik əməliyyat etdirib.

Bu barədə aparıcı-aktyor Sərxan Kərəmoğlu sosial şəbəkədə yazıb. Xanəndə gözətrafı qırışlarından azad olmaq üçün plastik cərraha müraciət edib. Elnarə bildirib ki, daha əvvəl estetik əməliyyat üçün iynələrdən istifadə etməsi səsinin batmasına səbəb olmuşdu:

“İynələr vurdurdum, pis oldum. Səsim batdı. İynə mənə düşmür”.

Qeyd edək ki, ötən il üzündə estetik prosedurlar etdirən müğənni bir daha heç bir əməliyyat etdirməyəcəyini demişdi.