Konqoda qaçqın düşərgəsinə dəhşətli hücum: 23-ü uşaq olmaqla 46 nəfər ölüb

190

Konqo Demokratik Respublikasının Djuqu bölgəsində məcburi köçkünlər üçün düşərgəyə silahlı hücum edilib. Hücum nəticəsində 23-ü uşaq olmaqla azı 46 nəfər həlak olub.

Cipdh-fd.com  xəbər verir ki, qan donduran hücum İturi əyalətinin Djuqu bölgəsində məcburi köçkünlərin məskunlaşdığı Lalə düşərgəsində  Ölkənin şərqində müşahidəçi şəbəkəsi olan Kivu Security Tracker hücumda ən azı 46 nəfərin öldüyünü, icma lideri Desire Malodra isə ölənlərdən 23-nün uşaq olduğunu açıqlayıb.

Yerli mənbələr, hücum edənlərin evləri yandıraraq mülki insanlara silah və dəyənəklərlər ilə hücum etdiyini, çox sayda insanın isə yanaraq öldüyünü bildirib.

Düşərgənin Birləşmiş Millətlər Təşkilatının (BMT) Buledəki bazasından 5 kilometr aralıda olduğu açıqlanıb.