İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi istefa verdi

176

İranda Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani vəzifəsindən istefa verib.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

O, öz «Twitter» səhifəsində Əbülqasım Kaşaninin «getdi» şeirindən bir hissəni paylaşaraq mesaj verib.

Qeyd edək ki, Şamxani 10 ilə yaxındır ki, İranda Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsini icra edib.