BMT-də sədrlik Rusiyadan İsveçrəyə keçdi

181

BMT Təhlükəsizlik Şurasına bu ay İsveçrə rəhbərlik edəcək.

Bu barədə İsveçrə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İsveçrə bu vəzifədə Rusiyanı əvəz edəcək. “İsveçrə bu gündən BMT Təhlükəsizlik Şurasına sədrlik edir”, — nazirliyin açıqlamasında qeyd olunub.

Xatırladaq ki, Rusiya aprel ayında BMT Təhlükəsizlik Şurasına sədrlik edib.