55-illik həkim ömrü (Cabbarov Ağaşirin Cabbar oğlu)

229

İnsan həyata həkimlə başlayır, hətta bəzilərimizin, ümumiyyətlə, yaranmasına Allahdan sonra  öz elmi ilə  həkim köməklik göstərir, ana bətnində belə, sağlamlığımıza həkim nəzarət edir. İnsanlıqdan gələn ilk yardımı da həkimdən alırıq, o, bizə dünyaya göz açmağımızda yardımçı olur.
 
Bir sözlə, həkim bizə həyata bağlanmaq üçün enerji ötürür. Bu mənada yəqin ki, Allah hər kəsi həkim qədər şərəfli əməl sahibi etməmişdir. Həkimlər ömrümüzün Allahdan sonrakı hökm, fərman sahibləridirlər.

insan o zaman xoşbəxt ola bilər ki, öz peşəsini ürəkdən sevsin, peşəsinin xalq üçün gərəkli olduğunu, ona fayda verdiyini  dərk etsin. Həkimlik sənəti qəhrəmanlıq, hünər deməkdir. Bu peşə insandan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır. Həkim olmaq Motsartın bəstəsinə bənzəyir: yeni başlayanlar üçün asan, ustadlar üçün isə çox çətin bir anlama malikdir.

Elmə olan məhəbbət insana olan məhəbbətdən ayrılmazdır, buna görə də həkim təkcə təbabəti bilirsə, deməli, o, təbabəti bilmir. Həkim insan sərrafı olmalıdır. Həkimlə danışdıqdan sonra xəstə yüngülləşmirsə, deməli, o, əsl həkim ilə danışmayıb.

Ömrünün 55 ilini həkimliyə adayan Cabbarov Ağaşirin Cabbar oğlunun və nəvəsi Cabbarlı Abbas Əvəz oğlunun bu gün doğum günüdür. Ağdaş rayon Ləki kəndinin kənd həkimi işləyən və 78 yaşının tamam olmasına baxmayaraq Ağaşirin həkim bu gündə öz şərəfli peşəsini davam etdirərək xəstələrinə şəfa verir.

«CİPDH-FD» Beynəlxalq informasiya agentliyi və əməkdaşları,«STARİNFO» Kütləvi informasiya agentliyi və əməkdaşları adından Ağaşirin Həkim və nəvəsi Abbas nəvəni doğum günü münasibəti ilə təbrik edir,ona bu şərəfli yolda uzun ömür can sağlığı arzulayırıq.