Dövlət başçısı 61 yaşını qeyd edir.(FOTO VİDEO)

2068

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günüdür. Dövlət başçısı 61 yaşını qeyd edir.

BMT tərəfdaşı İnsan Hüquqları Müdafiəsi komitəsinin Finans Deportamentinin Rəhbəri Xidməti General-Mayor Firdovsi Ələkbərov və «CİPDH-FD» Beynəlxalq informasiya agentliyinin direktoru Mirdamət Əzizovun birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti,Müzəffər Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin Doğum günü münasibəti ilə tədbir təşkil olundu.Tədbirdə bir çox QHT rəhbərləri,gənclər öz təbriklərini Ölkə Başçısına ünvanladılar.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlarından bəhs edən film nümayiş olundu..Tədbirdən sonra Ulu Öndər Heydər Əliyevin Məzarı ziyarət olundu..

«CİPDH_FD» Beynəlxalq informasiya agentliyi və kollektivi “İlham Əliyev Azərbaycanın Prezidenti, Ordunun Ali Baş Komandanıdır. Hamımızın intizarında olduğu Qarabağı işğaldan azad etdi. Ona uzun ömür, cansağlığı arzu edirik. Azərbaycanı müasir sivilizasiyanın aparıcı dövlətlərindən birinə çevirmək istiqamətində yorulmadan fəaliyyət göstərməsini arzu edirik!”. təbrikini ünvanladı.