«The illegal exploitation of natural resources in the territories of Azerbaijan should be stopped immediately. The illegal economic activity carried out by Armenia grossly violates the requirements of international conventions and creates legal responsibility for Armenia.»

183

As a result of the discussions held with the command of the Azerbaijani and Russian peacekeeping contingents on December 3 and 7, 2022, a team of specialists was supposed to conduct preliminary monitoring of the illegal exploitation of mineral deposits, ecological and other consequences in the territories of Azerbaijan where the Russian peacekeeping contingent is temporarily located. However, due to the inaction of the peacekeepers, the monitoring did not take place. For this reason, a protest action is being held by Azerbaijani activists and members of environmental non-governmental organizations (NGOs) on a part of the road under the control of Russian peacekeepers in the Shusha area of the Lachin Corridor, demanding an end to environmental terrorism in the Karabakh economic region.It should be noted that the Lachin Corridor is a land corridor connecting Armenia with Karabakh and is in the territory of the sovereign state of Azerbaijan. Russian peacekeeping forces took up positions in the region after the end of the 44-day war in November 2020. It is reported that along with the goods intended for the Armenian population remaining in Karabakh, weapons and equipment for the illegal exploitation of mining resources by Armenians, as well as raw materials extracted from the gold mine and copper molybdenum mine, are transported through this corridor. The participants of the action are chanting slogans about stopping the illegal exploitation of mines, environmental terrorism, subversive and looting activities by the Armenian side. They also facilitate the passage of civilian vehicles and emergency vehicles belonging to the peaceful Armenian population through the Lachin road.

We would like to remind you that in March 1992, Azerbaijan signed «Convention on the Protection and Use of Transboundary Watercourses and International Lakes» of the UN, however, the fact that Armenia has not yet signed the convention led to the adoption of Resolution No. 2085 dated January 26, 2016 by the Parliamentary Assembly of the Council of Europe. That resolution states:

«The Assembly considers that the deliberate creation of an artificial ecological crisis should be regarded as ‘ecological aggression’ and this situation should be considered as «environmental aggression» aimed at creating ecological disaster zones against another state and making the normal life of the population living there impossible»;

As an international committee, we support the establishment of peace in the region.

“Azərbaycanın ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dərhal dayandırılmalıdır. Ermənistanın apardığı qeyri-qanuni iqtisadi fəaliyyət beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur və Ermənistan üçün hüquqi məsuliyyət yaradır.”

2022-ci il dekabrın 3-də və 7-də Azərbaycan və Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq mütəxəssislərdən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi səbəbindən monitorinq baş tutmayıb. Bu səbəbdən də Laçın dəhlizinin Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirilir.Qeyd edək ki, Laçın dəhlizi Ermənistanı Qarabağla birləşdirən quru dəhliz olaraq,  suveren Azərbaycan dövlətinin ərazisindədir. Rusiya sülhməramlı qüvvələri 2020-ci ilin noyabrında 44 günlük müharibənin bitməsindən sonra bölgədə mövqe tutub. Bu dəhliz vasitəsilə Qarabağda qalan erməni əhalisi üçün nəzərdə tutulan mallarla yanaşı, silah-sursat və ermənilər tərəfindən mədən sərvətlərinin qanunsuz istismarı üçün texnikanın həmçinin qızıl mədəni və mis-molibden mədənindən çıxarılan xammalın da daşındığı bildirilir. Aksiya iştirakçıları Erimənistan tərəfinin mədənlərin qanunsuz istismarı, ekoloji terror, təxribatçı və talançı fəaliyyətin dayandırılması ilə bağlı şüarlar səsləndirirlər.Onlar həmçinin Laçın yolu vasitəsilə dinc erməni əhalisinə məxsus mülki maşınların, təcili yardım maşınlarının keçidinə şərait yaradırlar.Xatırlatmaq istəyirik ki, Azərbaycanın 1992-ci ilin martında BMT-nin “Transsərhəd su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya”nı imzalaması, Ermənistanın isə bunu hələ də imzalamaması Avropa Şurası Parlament Assambleyası tərəfindən  2016-cı il 26 yanvar tarixli, 2085 saylı Qətnamə qəbul etməsinə səbəb olmuşdur. Həmin qətnamədə deyilir:

“… Assambleya tərəfindən hesab edilir ki, qəsdən süni bir ekoloji böhranın yaradılması “ekoloji təcavüz” kimi qəbul edilməli və bu hal bir dövlətin digərinə qarşı ekoloji fəlakət bölgələri yaratmaq və orada yaşayan əhalinin normal həyatının mümkünsüz edilməsinə yönəlmiş “ətraf-mühit aqressiyası” kimi qəbul edilməlidir”;

Biz beynəlxalq komitə olaraq bölgədə sülhün bərqərar olunmasının tərəfdarıyıq.