Stavropol diyarının diaspora sədrinin İmişli səfəri

362

28.02.2022-ci il tarixində Rusiya Federasiyasının Stravropol diyarında fəaliyyət göstərən Milli Mədəniyyət Mərkəzi Odlar Yurdu diaspora təşkilatının prezidenti cənab Fəxrəddin Müəllim Yarıyev ölkəmizə səfəri çərçivəsində İmişli rayonunda da bir sıra görüşlər keçirmişdir. İlk görüş İmişli rayon icra hakimiyyətinin başçısı cənab Elçin Rzayev ilə baş tutmuşdur. Elçin müəllimlə Fəxrəddin müəllim arasında baş tutan görüş dövlət və dövlətçiliyimizin inkişafı yönündə, istər daxildə istərsə də xaricidə yaşayan soydaşlarımızın yaşam tərzlərinin yaxşılaşdırılması istiqamətində olmuşdur. Natiqlər ölkə başçısının daxili və xarici siyasətini dəstəklədiklərini bildirmişdilər. Daha sonra İmişli rayonunda görülən və görüləcək işlər müzakirə olunmuşdur. Söhbət zamanı rayonda görülən mədəni abadlıq işləri barədə fikir mübadiləsi aparılmış və Cənab prezidentin təşəbbüslərinin həyata keçirilməsi yüksək qiymətləndirmişdir. Elçin müəllim bildirmişdir ki yaxın vaxtlarda İmişlini respublikada ən inkişaf etmiş rayonlardan birinə çevirəcəyik.
Daha sonra Fəxrəddin müəllimin Yeni Azərbaycan Partiya təşkilatının rayon üzrə sədri Səfa Ağayevlə görüşü olmuşdur. Görüşdə hakim partiyanın gördüyü və görəcəyi işlərdən danışılmışdır və natiqlər bu barədə xeyli müzakirələr ediblər. Görüşdə partiyanın sıralarında olanların sayı və partiyaya sadiqliqləri barədə partiya sədri geniş məlumat vermişdir. Səfa müəllim son vaxtlarda partiyaya müraciət edənlərin əksəriyyətinin gənclər olmasını xüsusi qeyd vurğulamış və sonda partiya sədri qonağa partiyanın gələcək planları barədə məlumat verdikdən sonra Rusiya Azərbaycan əlaqələri haqqındakı görüş sona çatmışdır.

Xəbər Qaynağı: Mehman Nəsirov