“QAN YADDAŞINI OYAT AZƏRBAYCAN!” ADLI TƏDBİR KEÇİRİLİB (FOTO)

264

«CİPDH-FD» online informasiya mərkəzi xəbər verir ki, 25 fevral 2022-ci il tarixində Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayon Mədəniyyət Mərkəzində rayon sakinlərinin və mədəniyyət işçilərinin iştirakı ilə Xocalı soyqrımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbir iştirakçıları Xocalı şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Daha sonra 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni vandaliziminin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri özündə əks etdirən “Qan yaddaşını oyat Azərbaycan” adlı ədəbi-bədii kompozisiya tamaşaçılara təqdim olundu.