Gürcüstanda kriptovalyuta fond birjası yaradıla bilər

215

Kriptovalyuta mayninqi son illər Gürcüstanda ən populyar fəaliyyətlərdən hesab olunur.BAKI, 20 fevral – Sputnik. Gürcüstanda kriptovalyuta üzrə fond birjası yaradıla bilər.Sputnik Gürcüstan xəbər verir ki, bu məsələni Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Münhen Təhlükəsizlik Konfransında Kriptovalyuta Derivativlərinin Fond Birjasının (FTX Crypto Derivatives Exchange) banisi Sem Benkman-Fridlə müzakirə edib.

Azərbaycanda kriptovalyutadan istifadə manatın sabitliyi üçün heç bir təhlükə yaratmır.

Bunu Mərkəzi bankın baş direktoru Fərid Osmanov bildirib.

Onun sözlərinə görə bəzi ölkələrdə bu məsələ hətta MB səviyyəsində belə dəstəklənir.

“Azərbaycanda kriptovalyuta istifadəsini və bu sahənin maliyyələşməsini izləmək çətindir, amma belə valyutadan istifadə edənlərin müəyyənləşdirilməsi istiqamətində işlər gedir ”, — deyə Osmanov qeyd edib.

Bununla yanaşı Mərkəzi bankın baş direktoru ölkədə kriptovalyuta istifadəçilərinin sayının kiçik olduğunu vurğulayıb.

“Gürcüstanın yerləşdiyi coğrafiya, sabit və cəlbedici biznes mühiti regionumuzda və onun hüdudlarından kənarda Kriptovalyuta Derivativlərinin Fond Birjasının fəaliyyətinin genişlənməsi üçün yaxşı platforma yaradır”, — Qribaşvili Twitter-də yazıb.Kriptovalyuta mayninqi son illər Gürcüstanda ən populyar fəaliyyətlərdən hesab olunur.Kembric Alternativ Maliyyə Mərkəzinin 2018-ci ildə dərc olunmuş tədqiqatına görə, Gürcüstan kriptovalyuta mayninqinə sərf olunan elektrik enerjisinin həcminə görə dünyada ikinci olub. Virtual valyutanın əldə olunması üçün ölkədə 60 meqavatt elektrik enerjisindən istifadə olunub.