Türkiyədə ağır yol qəzası — 5 ölü, 20-dən çox yaralı

183

Türkiyənin mərkəzində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində azı beş nəfər həyatını itirib.

“Qafqazinfo” “A Haber” telekanalına istinadən xəbər verir ki, turistləri daşıyan avtobusun sürücüsü Aksaray-Konya avtomobil yolunda idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi çevrilib.

Qəza nəticəsində 26 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.