“Avropalılar Rusiyaya xəbərdarlıq ediblər”

194

«Avropalılar və transatlantik ictimaiyyət Rusiyaya Ukraynaya hərbi təcavüzün ciddi səhv olacağı barədə xəbərdarlıq ediblər».

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts 58-ci Münhen Təhlükəsizlik Konfransındakı çıxışında deyib.

Kansler Avropada müharibə təhlükəsinin olduğunu və bu riskin hələ də qarşısının alınmadığını, bu məsələnin də iqlim dəyişikliyi və COVID-19 epidemiyası ilə mübarizəni istisna etdiyini bildirib.