8 mart beynəlxalq qadınlar bayramı münasibəti ilə Azərkitab “Kitab Mərkəzində” tədbir keçirildi. (FOTO VIDEO)

319

Birləşmiş Millətlər Təşkilatı tərəfdaşı,İnsan Hüquqlarının Müdafiəsi Komitəsi,Finans Deportamentinin rəhbəri General-Mayor Firdovsi Ələkbərovun təşkilatçılığı ilə 8 mart beynəlxalq qadınlar bayramı münasibəti ilə Azərkitab “Kitab Mərkəzində” tədbir keçirildi.Tədbirdə iştirak edən xanımlar Finans Deportamenti tərəfindən təsis olunan “Xurşid Banu Natəvan” fəxri medalı ilə təltif olundular.Bir çox Hədiyyələr və Fəxri Diplomlar təqdim edildi. Sarayda onu Dülyu Yekta,El arasında isə Xan qızı çağırırdılar.Xurşid Banu Natəvan dünyaya gələndə atası Qarabağ xanı Mehdiqulu xan 60 yaşında idi.İllərlə gözlənilən qız ailənin yeganə övladı xanlığın sonuncu vərəsəsi oldu.İki böyük nəslin Cavanşirlərin və Ziyadoğlu Qacarların qanını daşıyırdı Natəvan.onun istedadının üzə çıxmasında Şüşa əbədi mühütinin rolu əvəzsiz olur.Xürşidbanu gənc yaşında şairliklə yanaşı Rəssam kimidə özünü sübut edir.O daha çox naturadan çəkməyə və real rəssamlıq nümunələri yaratmağa meyilli idi.Doğma dili ilə yanaşı,ərəb və fars dillərini mükəmməl öyrənən şairə fitri yaddaşa malik idi.Nadir kitablar,qiymətli əlyazmalar Xürşidbanunun dünya görüşünü və bədii zövqünü formalaşdırır.Natavanın imzası təkcə Azərbaycan ədəbiyyatında və mədəniyyətində deyil,ictimai həyatındada böyük rol oynayır.Bir zamanlar Fıransız yazıçısı Aleksand Duma Azərbaycana səfəri zamanı şairə ilə görüşündən o qədər təsirlənir ki, onun gözəlliyini,mənəviyyatını və savadını oynadıqları şahmat oyununu öz xatirələrində qələmə alaraq,Avropa oxucusuna təqdim edir.Üzeyir Hacıbəylinin Xanqızı Natəvanla görüşüdə bəstəkara gələcək yaradıcılığında iz qoyub.Xeyriyyəçiliyi ilə əhalinin qəlbinə yol tapan Xanqızı 1873-cü ildə Şuşaya su kəməri çəkdirir.Bu kəmər “Xanqızı Bulağı” adı ilə bütün Azərbaycana səs salır.Araz çayından mil düzünə su çəkmək təşəbbüsü də məhs Natəvana məxsus idi.Yaradıcılığa 1850-ci illərdə Fizuli qələmindən bəhrələnərək gələn şairə ədəbiyyatımızda “Nakamlıq Rəmzi” kimi tanınır.Xurşidbanu Natəvanın adı əsasını qoyduğu və təxminən 20 il Rəhbərlik etdiyi “Məclisi Ünsün” adıyla sıx bağlıdı.Gözəlliyi dillər əzbəri olan şaırə Həyatda xoşbəxtliyini tapa bilməyib.Bu səbədən də özünə “Natəvan” yəni kimsəsiz,köməksiz təxəllüsünü götürüb.Həyat onu tez-tez sınaqlara çəkir,ən böyük imtahanı isə 17 yaşlı övladını itirəndə verir.65 yaşında vəfat edən Xanqızının cənazəsini cammat hörmət əlaməti olaraq,Şuşadan Ağdama qədər çiynində aparıb,Ağdamda ailə qəbristanlığında dəfn ediblər. Xan qızının əbədi tarixdə, ictimayyət arasında və yaddaşlarda daimi yaşaması üçün məhs Firdovsi Ələkbərov tərəfindən təsis edilən “Xurşidbanu Natəvan” medali 8mart Beynəlxalq qadınlar bayramı münasibəti ilə ilk təqdimatını edir.. Əziz xanımlar bayramınız mübarək!!!!!