Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi keçirilib.

134

Avqustun 18-də Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi keçirilib.

Konyadakı 15 İyul Stadionunda təşkil olunan mərasimdə əvvəlcə Konyanın tarixi, mədəniyyəti və turizm potensialından bəhs edən videoçarx nümayiş olunub.

Sonra Türkiyənin Dövlət bayrağı qaldırılıb və İstiqlal Marşı səsləndirilib.

Oyunlarda iştirak edən 54 ölkənin bayrağı səhnəyə gətirilib. Bağlanış mərasimində Azərbaycan nümayəndə heyətinin bayraqdarı İslam Həmrəyliyi Oyunlarının üçqat mükafatçısı, basketbol 3×3 milli komandasının üzvü Zaur Paşayev olub. Daha sonra yarışların iştirakçıları, o cümlədən Azərbaycan idmançıları stadiona daxil olaraq paradda iştirak ediblər.
Möhtəşəm atəşfəşanlığın müşayiəti ilə ISSF-in bayrağı endirilib.

Azərbaycan İslam Həmrəyliyi Oyunlarını 99 medalla 4-cü yerdə başa vurdu. Medalların 29-u qızıl, 36-sı gümüş və 34-ü bürünc əyarlı oldu.

CİPDH-FD.com

Aygün Məmmədova

V İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi keçirilib