11 may 2023-cü il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Mərkəzi Kitabxanasında Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Oxu Bayramı” keçirilib.

186

11 may 2023-cü il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Mərkəzi Kitabxanasında Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Oxu Bayramı” keçirilib.
Tədbirdə Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəis müavini Elçin Cəfərov, qazilər, şəhid ailələri, media nümayəndələri, rayonumuzun əməkdar müəllimi Zəhra İbrahimova, şəhər 1 saylı tam orta məktəbin müəlliməsi Tahirə Qasımova və şagirdlər, şəhər 4 saylı məktəbin şagirdləri, Beynəlxalq İnformasiya Agentliyinin əməkdaşı, yerli yazar Adil Misirli, yerli yazar Eldar Qarqarçay, Hacıbədəlli kənd Uşaq musiqi məktəbinin direktoru Məhbubə Əliyeva və şagirdləri, şəhər 2 saylı tam orta məktəbin müəllim və şagird kollektivi, Ağcabədi Dövlət Rəsm qalereyasının , Nəriman Nərimanov adına şəhər Klubunun əməkdaşları,Ağcabədi şəhər İncəsənət məktəbinin şagirdləri və başqaları iştirak etdilər.
Tədbirin aparıcısı Ağcabəd rayon MKS-nin direktor müavini Təranə Məmmədova giriş sözü ilə qonaqları salamlayaraq tədbiri açıq elan etdi. Azərbayca Respublikasının Dövlət Himni səsləndirildi. Ümummilli Liderimizin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra aparıcı bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 29.09.2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev ili” elan edilib. Ağcabədi MKS-də bu münasibətlə Tədbirlər Planı hazırlanıb, silsilə tədbirlər həyata keçirilir. Ümummilli liderimiz Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Oxu bayramı” da bu tədbirlərin davamıdır.

Ağcabədi rayon MKS-nin direktoru Məhəbbət xanım Əliyeva çıxış edərək bildirdi ki, Azərbaycan xalqının böyük oğlu, Ulu Öndər Heydər Əliyev bu gün böyük sürətlə inkişaf edən və çox qısa zaman ərzində dünyanın inkişaf etmiş ölkələri sırasına çıxan müstəqil Azərbaycanın yaradıcısı və memarı olmaqla dövlətimizin və ölkəmizin tarixinə öz adını əbədi olaraq həkk etmişdir.
Heç də təsadüfi deyildir ki, bu gün biz Ulu Öndər Heydərin Əliyevin adını bütün zamanlarda Azərbaycan mədəniyyətinin hamisi və milli mənəvi dəyərlərimizin təssübkeşi kimi yad edirik. Azərbaycançılıq ideyasını dövlət siyasəti səviyyəsiə qaldıran Ulu Öndər hətta ötən əsrin 70-80-ci illərində milli mədəniyyətimizin inkişafi istiqamətində ciddi addımların atılması ilə mədəniyyətimizin və ədəbiyyatımızın intibah dövrünü yaşamasına nail ola bilmişdir. XX əsrin 90-cı illərinndə “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun  və bu qanuna müvafiq normativ-hüquqi aktların qəbul olunması məhz Heydər Əliyevin adı ilə bağlıdır.
Ümummilli Liderimiz kitabxana sahəsinə çox böyük qayğı göstərirdi. O, kitaba və kitabxanaya çox yüksək qiymət verərək demişdir: “Kitabxana, xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir.Ona görə də kitabxanaya hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir”.
Müstəqilliyimizin ilk illərində kitabxanaların normal yaşayıb fəaliyyət göstərməsi üçün normativ-hüquqi bazanın formalaşdırılması, genişmiqyaslı özəlləşdirmə proqramı çərçivəsində kitabxanaların binalarının zəbt olunması və qiymətli kitab fondlarının məhv olmaq təhlükəsindən xilas edilməsi kimi taleyüklü məsələlərin həllində Ulu Öndər Heydər Əliyevin xüsusi xidmətləri olmuşdur.
Tədbirdə Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəis müavini Elçin Cəfərov, Birinci Qarabağ müharibəsi Şəhidi Camal İbrahimovun bacısı Nüşabə İbrahimova, rayonumuzun əməkdar müəlliməsi Zəhra İbrahimova, şəhər 1 saylı tam orta məktəbin müəlliməsi Tahirə Qasımova,Beynəlxalq İnformasiya Agentliyinin əməkdaşı, yerli yazar Adil Misirli, Yerli yazar Eldar Qarqarçay çıxış edərək ümummilli liderimiz Heydər Əliyevin milli müstəqillik, azərbaycançılıq ideyaları haqqında geniş məlumat verdilər.

Məktəb şagirdlərinin ifasında Ümummilli liderə və Azərbaycana həsr olunmuş şeirlər səsləndirildi. Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına şəhər İncəsənət məktəbi şagirdlərinin rəqs nömrələri nümayiş etdirildi.

Tədbir konsert proqramı ilə başa çatdı.

Sonda tədbir iştirakçıları Mərkəzi kitabxana əməkdaşlarının təşkil etdiyi “Ümummilli Lider Heydər Əliyev-100”, “Əbədi yaşar insan”, “Sən elə bir zirvəsən”, “Akademik Zərifə xanım Əliyeva-100”, “Şuşa -Türk dünyasının mədəniyyət paytaxtı”, “Uşaqların Sehirli dünyası” və s. başlıqlı kitab sərgilərinə baxış keçirdilər.