Əbədi Birlik Gənclər İctimai Birliyinin təşkilatçılığı, Əbədi Birlik Gənclər İctimai Birliyinin Mədəniyyət klubunun təşəbbüsü ilə Şuşa ilinə həsr olunmuş «Şuşa həsrəti və Şuşa zəfəri»adlı tamaşası keçirilmişdir.

353

Əbədi Birlik Gənclər İctimai Birliyinin təşkilatçılığı, Əbədi Birlik Gənclər İctimai Birliyinin Mədəniyyət klubunun təşəbbüsü ilə Şuşa ilinə həsr olunmuş «Şuşa həsrəti və Şuşa zəfəri»adlı tamaşası keçirilmişdir. Tamaşada 44 günlük vətən müharibəsində qəhrəmancasına vuruşmuş şəhidlərimizdən Azərbaycan Respublikasının Milli Qəhrəmanı olmuş Polad Həşimovun anası Səmayə Həşimova, Xudayar Yusifzadənin anası Radə Qurbanova, Telman Ələkbərovun anası Səmayə Ələkbərova,Emil Əbdüləzizlinin anası Arzu Əbdüləzizli, Azad Hümbətovun atası, Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, BMT-nin insan haqları və müdafiə komitəsinin mayoru, Əbədi Birlik Gənclər İctimai Birliyinin fəxri üzvü Mirdaməd Əzizov, Milli Məclisin deputatı Vüqar İskəndərovun köməkçisi Aysel Tahirova, Nərimanov Rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Elnarə Kazımova, Kooperasiya Universitetində mətbuat xidmətinin rəhbəri Tamerlan Ələkbərov, valideynlər və bir qrup gənc iştirak etmişdir. Tamaşanın ssenarisi gənc tələbə Kənan Nəzərov və tanınmış aktyor Tural Əsgərova məxsusdur. Tamaşada Əbədi Birlik GİB-nin sədri Şahin Əliyev şəhid və qazilərimizin Qarabağ torpaqlarının azad olunmasındakı rolu və vətənpərvərlik hisslərinin aşılanması mövzusuna toxunub. Əbədi Birlik GİB-nin baş katibi Sübhan Şərifov isə Şuşa ili ilə bağlı tədbirlərin axarlı olmasından söz açıb. Mirdaməd Əzizov isə vətənpərvər tədbirlərin artırılmasının və bu mövzuda gənclər siyasətinin rolu haqqında danışıb. Digər fəxri qonaqlar tamaşa ilə bağlı öz fikir və təəssüratlarını bölüşmüşdür. Qeyd edək ki, tamaşa zamanı həm də Əbədi Birlik Gənclər İctimai Birliyinin mədəniyyət klubunun musiqiçilərinin ifası və rəssamlarının çəkdiyi şəhidlərin portretləri nümayiş olunub, analara hədiyyə edilib. Əbədi Birlik Gənclər İctimai Birliyinin memarlıqla məşğul olan gənci Sadiq Əsgərli şəhid general-mayor Polad Həşimovun büstünü hazırlamış anası Səmayə xanıma hədiyyə vermişdir. Tamaşada rollarda Almazova Xalidə, Mabudova Aytac, Əmirova Cəmilə, Ağayeva Aytən, Səfəralıyeva Xatun, Mustafayev Rəşad, Əsgərov Malik, Əsgərov Əli, Nəbiyev Nahid, Məmmədli Şəmsinur, Səfərov Sabir, Hacıyev Orxan, Müseyibzadə Elsevər, Haqverdiyev Rəhim, İsgəndərova Şəbnəm, musiqiçi olaraq Baqdayev Musa, Həmidov Əli, Kərimli Sübhan, muğam ifaçısı olaraq Osmanova Nərgiz və Məmmədova Cəmilə iştirak edib. Tədbirin sonunda birliyin idarə heyəti Nərimanov rayon Gənclər və İdman idarəsinin rəisi Nəcəf Novruzov və Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov tərəfindən keçirilmiş tədbirin mahiyyətinə görə təltif olunub, şəhid ailələri və təşkilatın idarə heyəti çay süfrəsinə toplaşmışlar.

Şəhid və qazilərimiz Əbədi Birliyimizin təməlidir!

CİPDH-FD

Mirdaməd Əzizov